Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək
Far.Az xəbər saytı

Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək


“COP prosesi zamanı bütün əsas qərarlar yekdilliklə qəbul edilməlidir. Bununla belə, yekdillik tələb etməyən, lakin bizi iqlim məsələsində irəli aparacaq təkliflər də müzakirə olunacaq”.

APA xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan da bu xüsusda 14 təklif irəli sürüb və bu təkliflərin həyata keçirilməsi üçün yekdillik lazım deyil: “Bunları da bəzi ölkələr və ya şirkətlərlə həyata keçirə bilərik. İqlim maliyyəsi, enerji, kənd təsərrüfatı, su ehtiyatları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resursları da Azərbaycanın təkliflərinə daxildir. COP29-da Olimpiya Oyunlarında olduğu kimi, biz bütün dünyada atəşkəsə çağırış edəcəyik”.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Elnur Soltanov: Azərbaycan Ermənistanı COP29-a dəvət edib
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir
İcraçı direktor: Azərbaycan COP29-da 80 minə yaxın qonaq qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər