Britaniyanın dronlarla mübarizə üçün lazer sistemlərinin alışını azaltması tənqid edilib
Far.Az xəbər saytı

Britaniyanın dronlarla mübarizə üçün lazer sistemlərinin alışını azaltması tənqid edilib


Böyük Britaniyanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulan "DragonFire" lazer döyüş sistemlərinin alışını azaltması tənqid edilib.

"Report"un "The Telegraph" qəzetinə istinadən məlumatına görə, daha əvvəl Birləşmiş Krallığın müdafiə naziri Ues Stritinq müdafiə vəsaitlərinin çatışmazlığı fonunda bu lazer silahı sisteminin sifarişini dörd vahiddən iki vahidə endirməyi tapşırmışdı.

Böyük Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic isə bu cür texnologiyaları müasir münaqişələrdə PUA-lara qarşı mübarizə üçün perspektivli adlandırıb. O, qənaətin ordunun döyüş hazırlığından üstün tutulduğunu bildirərək hökuməti müdafiə maliyyələşdirilməsini azaltdığına görə tənqid edib.

"Belə enerji silahı böyük perspektivlər vəd edir. Əgər biz müasir münaqişələrdə dronlarla bağlı çıxılmaz vəziyyəti aradan qaldırmaq istəyiriksə, bizə onlara qarşı dura biləcək texnologiyalar lazımdır", - Kartlic deyib.

O həmçinin hökumətin sosial müavinətlərə çəkilən xərcləri ixtisar etmədən müdafiə sahəsində qənaətə üstünlük verməsindən məyusluğunu dilə gətirib:

"Leyboristlərin sosial xərcləri ixtisar etmək və müdafiənin maliyyələşdirilməsini təmin etmək qabiliyyətsizliyinin onların yenidən vəsaitə qənaəti döyüş hazırlığından üstün tutmalarına gətirib çıxarması faktı son dərəcə məyusedicidir".

Müdafiə Nazirliyinin nümayəndəsi, öz növbəsində, vurğulayıb ki, "DragonFire" sistemi sınaqlar zamanı artıq yüzlərlə dəfə uğurla tətbiq edilib. Onun sözlərinə görə, qurum Böyük Britaniyanın bu texnoloji sahədə liderliyini qoruyub saxlamaq üçün istiqamətləndirilmiş enerji silahlarının işlənib hazırlanmasına 490 milyon funt sterlinq sərmayə yatırır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər