CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda yerləşən Sirik şəhərində toy mərasiminin keçirildiyi məkana endirilən zərbənin hallarını araşdırır.
"Far.Az"un məlumatına görə, bu barədə NBC News telekanalı ABŞ rəsmisinə istinadən xəbər verib.
Onun sözlərinə görə, ABŞ hərbçilərinin hadisə ilə bağlı hələ tam məlumatı yoxdur və insidentin bütün hallarını təhlil etmək niyyətindədirlər.
"Biz hadisə yerində birbaşa deyilik, buna görə də ekspertlərimizə vəziyyəti təhlil etmək imkanı verməliyik. Təbii ki, bunu araşdırırıq, çünki nə baş verdiyini bilmirik", – deyə rəsmi bildirib.
"Armament Research Services" (ARES) tədqiqat xidmətinin eksperti telekanala açıqlamasında bildirib ki, zərbənin endirilməsi üçün ABŞ istehsalı olan yüksək dəqiqlikli silahdan istifadə edilmiş ola bilər.
Xatırladaq ki, daha əvvəl CENTCOM İran ərazisindəki hədəflərə silsilə zərbələr endirildiyini açıqlayıb. İranın "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Kişm adasında və bir neçə şəhərdə baş verib.
İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Fars agentliyinə bildirib ki, Sirikdə toy mərasiminin keçirildiyi yerə endirilən zərbə nəticəsində 5 nəfər ölüb, azı 68 nəfər yaralanıb.
Oxşar xəbərlər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













