"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub
Prezident İlham Əliyev oktyabrın 21-də "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunması, bərpası və elmi əsaslarla tədqiqi, habelə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etmək məqsədilə Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilir.
Nazirlər Kabinetinə üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etmək, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.
Mədəniyyət Nazirliyi isə Qoruğun idarə olunmasını təmin etməli, Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu













