Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
İspaniyanın "Deportivo" klubunun hücumçusu Pyer-Emerik Obameyanq Qabon milli komandasında çıxışını başa vurduğunu açıqlayıb.
"Far.Az"un məlumatına görə, futbolçu bu barədə RMC Sporta açıqlamasında bildirib.
Forvard bu qərarı Qabon hökumətinin Tyer Müyumanın rəhbərlik etdiyi məşqçilər korpusunu qalmaqallı şəkildə buraxmasından, milli komandanın fəaliyyətini dayandırmasından, həmçinin komandanın bu ilin yanvarında Afrika Millətlər Kubokunda uğursuz çıxışından sonra müdafiəçi Brüno Eküel-Manqanın və Obameyanqın oyunlardan kənarlaşdırılmasından sonra qəbul edib.
Qabon yığması həmin turnirdə qrupda sonuncu yeri tutaraq heç bir xal toplaya bilməyib.
Bir neçə gün sonra rəsmilər qərarlarını yenidən nəzərdən keçiriblər və 37 yaşlı hücumçuya milli komandaya qayıtmaq imkanı yaradılıb. Lakin futbolçu sonda beynəlxalq karyerasını tamamilə başa vurmaq qərarına gəlib.
"Onlar məni alçaltdılar və bütün günahı mənim üzərimə atdılar. Halbuki Afrika Millətlər Kubokunda zədəli halda oynayırdım. Bu, son damla oldu və mən artıq burada dayanmağa üstünlük verirəm. Düşünürəm ki, komandanın problemləri mənim kimi sadə bir şəxslə bağlı məsələlərdən daha dərindir", - deyə o əlavə edib.
Klub karyerasını isə qabonlu futbolçu İspaniya çempionatında davam etdirir. O, yayda Fransanın "Marsel" klubundan "Deportivo"ya keçib və artıq La Liqanın ilk üç turunda üç qol vurub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Rəsmilər Şəhidlər xiyabanında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Goranboyda sursat anbarında YANĞIN
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Rumıniyada onlarla turist qidadan zəhərlənib













