İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
İsrailin Baş naziri Benyamin Netanyahunun "Likud" Partiyası 27 oktyabrda keçirilmiş parlament seçkilərində qalib gəlib, lakin heç bir siyasi blok hökumət qurmaq üçün lazım olan çoxluğu əldə edə bilməyib.
"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bülletenlərin 100 %-i sayıldıqdan sonra ilkin məlumatları göstərir.
Dərc olunmuş nəticələrə görə, "Likud" Knessetdəki 120 yerdən 27-ni alıb. Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" Partiyası 21 yerlə ikinci yeri tutub.
"Likud" bloku, Netanyahunu dəstəkləyən ifrat sağçı və dini partiyalar 53 yer, müxalifət qüvvələri isə 48 yer alıb. Daha 19 yer hər iki blokla koalisiya qurmaqda iştirakı ehtimal olunmayan ərəb partiyalarına verilib.
Hökumət qurmaq üçün azı 61 parlament üzvünün dəstəyini təmin etmək lazımdır.
Seçkilərin yekun nəticələrinin hər hansı apellyasiyaya baxıldıqdan sonra 4 noyabrdan gec olmayaraq açıqlanması planlaşdırılır.
Nəticələr rəsmi olaraq təsdiqləndikdən sonra İsrail Prezidenti İsaak Hersoq parlament partiyaları ilə məsləhətləşəcək və parlament üzvlərindən birinə hökumət qurmağı tapşıracaq.
Adətən, bu tapşırıq ən böyük partiyanın liderinə verilir, lakin Prezidentin parlament çoxluğunu təşkil edə bilən başqa namizəd seçmək hüququ var.
Birinci namizədə iki həftəlik uzadılma imkanı ilə 28 gün vaxt veriləcək. Koalisiya yaradılmasa, Prezident mandatı başqa parlament üzvünə ötürə bilər və onun uzadılma ehtimalı olmadan 14 günü olacaq.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
-
Professor Adilə Abbasova vəfat edib
-
Mahmud Abbas Xristodulidis ilə danışıqlar aparmaq üçün Kiprdə səfərdədir













