Mahmud Abbas Xristodulidis ilə danışıqlar aparmaq üçün Kiprdə səfərdədir
Fələstin Prezidenti Mahmud Abbas Kipr Respublikasına işgüzar səfərə gəlib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kipr hökumətinin mətbuat katibi Konstantinos Letimbiotis məlumat verib.
M.Abbas səfər çərçivəsində Kipr Prezidenti Nikos Xristodulidis ilə danışıqlar aparacaq.
Letimbiotisin sözlərinə görə, Abbasın səfəri oktyabrın 29-dan 30-dək davam edəcək. Tərəflər bu gün Prezident sarayında görüş keçirəcək, daha sonra isə işgüzar nahar olacaq.
Danışıqların gündəliyində ikitərəfli münasibətlər, regiondakı vəziyyət, Avropa İttifaqı (Aİ) ilə Fələstin arasındakı əlaqələr, eləcə də Kipr probleminin həlli məsələsi yer alır.
Kipr hökumətindən vurğulayıblar ki, bu, Mahmud Abbasın prezidentliyi dövründə respublikaya üçüncü səfəridir Abbasın ilk səfəri 2009-cu ilin iyulunda, Demetris Xristofiasın ölkə prezidenti olduğu zaman baş tutub. 2022-ci ilin iyununda isə Fələstin lideri Prezident Nikos Anastasiadisin dövründə adaya yenidən səfər edib.
Xristodulidis 2023-cü il avqustun 2-də Ramallaha rəsmi səfər edib, bu, Kipr Prezidentinin 2015-ci ildən bəri Fələstinə ilk səfəri olub. O, Abbasla görüşüb, Kipr, Yunanıstan və Fələstinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsinə dair razılığa gəlib. İkinci səfər isə 2025-ci il mayın 4-də baş tutub. Bu səfər zamanı Xristodulidis yenidən Abbasla görüşüb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub













