"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalaya gedib
Far.Az xəbər saytı

"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalaya gedib


"YAŞAT" Fondunun təşkilatçılığı və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Çanaqqala şəhərində şəhid övladları üçün "Bir dastan, bir nəsil" mövzusunda layihə keçirilir.

Bu barədə "Far.Az"a Fondan məlumat verilib.

Bildirilib ki, 1–7 sentyabr tarixini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edir. Əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin yeni dostluq və ünsiyyət imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində iştirakçılar Türkiyənin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə müxtəlif məkanları ziyarət edirlər.

İlk gün iştirakçılar İstanbulda Qız qalasını ziyarət edib, "Valide Sultan" gəmisi ilə İstanbul boğazında gəzintidə iştirak ediblər. Sonra Sultan Əhməd məscidi və Ayasofya məbədi ziyarət olunub.

Növbəti gün iştirakçılar Çanaqqalanın tarixi və mədəni məkanları ilə tanış olublar. Proqram çərçivəsində Troya atı, Troya Milli Parkı, Troya muzeyi, Çanaqqala saat qülləsi, Aynalı bazar, Çanaqqala Dəniz Muzeyi və Çimənlik qalası ziyarət edilib. Şəhidimizin yadigarı Jalə Veyislinin doğum günü də qeyd olunub. Həmçinin iştirakçılar Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin konsertini də izləyiblər.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər