Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.
Dəyişikliklərə görə, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan vergi qanunvericiliyinə görə, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılır.
Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sentorlarında çalışanlar üçün nəzərdə tutumuş gəlir vergisi ilə bağlı güzəştlərin müddəti artırılmayıb.
Oxşar xəbərlər
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













