Dövlət Bayrağı Meydanında yenilənmiş Bayraq Muzeyinin açılışı olub
Bakıda Dövlət Bayrağı Meydanında yenilənmiş Bayraq Muzeyinin açılışı olub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Bulvar İdarəsinin rəsmisi Əfsanə Mehdiyeva deyib.
O qeyd edib ki, Meydanda fəaliyyət göstərən Bayraq Muzeyi də yenilənmiş formada təqdim olunub.
"Muzeydəki yeni Zəfər qalereyasında torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlər haqqında eksponatlar nümayiş edilir", - Ə.Mehdiyeva bildirib.
Xatırladaq ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 9 noyabr 2010-cu il tarixində açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın üçrəngli dövlət bayrağı ilə yanaşı, ölkədə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqlarını əyani nümayiş etdirilib və gələn qonaqlara təfərrüatlı məlumatlar çatdırılıb. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Hər bir tarixi nümunə haqqında muzeyə gələn qonaqlara təfsilatlı məlumatlar verilib.
2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində çalışmışlar və eksponat sayını 431-ə çatdırıblar.
Təmir-bərpa işlərindən sonra yeni görkəmdə, yeni tərtibatda fəaliyyətə başlayacaq Bayraq Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.
Muzey 6 Sərgi salonundan ibarətdir:
A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.
B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.
C Sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı, Azərbaycan Respublikasının orden və medalları, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Bu salonda "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı, Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilib.
D Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları nümayiş olunur.
E və F sektorlarında Azərbaycan Respublikasının hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.
Bundan əlavə, Muzeydəki monitorlarda Azərbaycanın qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş videolar nümayiş olunur.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Azərbaycan Bayrağı ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb - EKSKLÜZİV
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər
-
Komitə sədri: Qərbi Azərbaycana qayıdışla bağlı ikinci beynəlxalq konqresə yüzdən çox qonaq dəvət olunub