Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib - YENİLƏNİB


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib.

"Report" xəbər verir ki, iki gün davam edən konfrans çərçivəsində humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin inkişafına yönəlmiş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Konfrans həmçinin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfələri təqdim etmək üçün mühüm platforma rolunu oynayıb.

Tədbirin birinci günündə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öz təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu ilki konfransın mövzusu Azərbaycanın təcrübəsini birbaşa əks etdirir.

Hayat Nasar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisinin adından danışaraq mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan hökuməti və ANAMA arasında əməkdaşlığın təməl daşı olduğunu qeyd edib.

Daha sonra bir sıra panel sessiyalar baş tutub, sual-cavabla tədbir davam edib.

Tədbirin ikinci günü panel sessiyalarla davam edib, sonda yekun bəyanat qəbul edilərək konfrans işini başa vurub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransının ikinci gününə start verilib.

"Report" xəbər verir ki, mövzusu "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" olan konfransın ikinci günündə bir sıra panellər baş tutacaq.

"Minalardan təsirlənmiş şəhər bərpasında siyasət inteqrasiyası", "Texnologiya və innovasiya: daha təhlükəsiz və daha çox effektiv humanitar mina təmizləmə üçün", "Ölkə nümunəsi təqdimatlar: Milli təcrübələr və dərslər humanitar sahədə öyrənilən mina fəaliyyəti" adlı panellərdə müxtəlif xarici və yerli mütəxəssislər eləcə də rəsmilər çıxış edəcəklər.

Konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.

Bakının ev sahibliyi etdiyi IV Beynəlxalq Minatəmizləmə Konfransında ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir.

Konfransın yekununda bəyanatın qəbul edilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər