Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Far.Az xəbər saytı

Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər


Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub.

"Report" xəbər verir ki, birliyin üzvləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouvman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marko Kardinali ilə görüşüblər.

Təxminən 1 saat davam edən görüşdə azərbaycanlı itkinlərin ailələri bildiriblər ki, Ermənistan post-münaqişə dövründə də onların yaxınları barədə heç bir məlumat təqdim etməyib.

"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Brüsseldə Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında etiraz aksiyası keçirdiyi və bəyanat qəbul etdiyini bildirib. O, vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıyır, kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə borcludur. K.Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində bu günədək 32 kütləvi məzarlığın aşkarlanmasını böyük humanitar faciənin kiçik epizodu kimi qiymətləndirib.

Görüşdə qeyd olunub ki, bu gün Brüseldə "Schuman" meydanında azərbaycanlı itkinlərin daha bir aksiyası keçirilib. İctimai Birlik üzvləri yaxınlarından xəbər alanadək susmayacaqlarını, aksiyaları davamlı olaraq keçirəcəklərini bildiriblər.

Oxşar xəbərlər

Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər