ING: 2026-2028-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,4 % təşkil edəcək
Far.Az xəbər saytı

ING: 2026-2028-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,4 % təşkil edəcək


Niderlandın ən böyük bank qrupu olan ING Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,9 %, 2027-ci ildə 3 %, 2028-ci ildə isə 2,3 % artacağını proqnozlaşdırır.

Bu barədə "Far.Az" ING-yə istinadən xəbər verir.

Əvvəlki qiymətləndirmələrlə müqayisədə cari il üçün ÜDM-in artım tempinə dair proqnoza yenidən baxılıb və göstərici 0,1 faiz bəndi azaldılıb, 2027 və 2028-ci illər üzrə göstəricilər isə əvvəlki səviyyədə qalıb.

Bundan irəli gələrək 2026-2028-ci illər ərzində Azərbaycanda ÜDM-in orta illik artımı 2,4 % səviyyəsində qiymətləndirilir. Bankın hesablamalarına görə, 2026-cı ilin üçüncü rübündə iqtisadi artım 3 %, dördüncü rübündə isə 3,3 % təşkil edəcək.

Bundan başqa, 2027-ci ilin birinci rübündə ÜDM-in 3 %, ikinci rübdə 3,5 %, üçüncü rübdə 2 %, dördüncü rübdə isə 3,5 % artacağı gözlənilir. Qeyd etmək lazımdır ki, 2025-ci ilin yekunları üzrə Azərbaycanda iqtisadi artım 1,4 % təşkil edib.

İqtisadiyyat Nazirliyi cari ildə ÜDM-in 1,7 % artacağını proqnozlaşdırır, qeyri-neft-qaz sektoru 3,7 % artacaq, neft-qaz sektoru isə 3,3 % azalacaq.

Azərbaycan Mərkəzi Bankı ölkədə ÜDM artımını 2026-cı ildə 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində gözləyir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər