Serbiyalı mütəxəssis Daniel Mişiç "Ordu" voleybol klubunda çalışacaq
Far.Az xəbər saytı

Serbiyalı mütəxəssis Daniel Mişiç "Ordu" voleybol klubunda çalışacaq


Serbiyalı mütəxəssis Daniel Mişiç 2026/2027 mövsümündə "Ordu" İdman Klubunun fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edəcək.

Bu barədə "Far.Az"a klubun mətbuat xidmətindən məlumat verilib.

20 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssis karyerası ərzində müxtəlif ölkələrin milli komandalarında və aparıcı klublarında fəaliyyət göstərib. O, Serbiya (2013–2015, 2022–2024), İran (2017–2020), Mərakeş (2021) və Şimali Makedoniya (2021) millilərində, həmçinin Türkiyənin "Halkbank" (2024–2026), Ukraynanın "Episentr-Podolyanı" (2023/2024), Rusiyanın "Omiçka" (2015/2016), Rumıniyanın "Tomis Konstanta" (2009–2013), BƏƏ-nin "Əl-Əyn" (2007/2008) və Monteneqronun "Buduçnost Podqoritsa" (2004–2008) komandalarında çalışıb.

D.Mişiç beynəlxalq karyerası ərzində Asiya çempionatı və Asiya Oyunlarının qızıl, Dünya Böyük Çempionlar Kubokunun ("Grand Champions Cup") və Avropa çempionatının bürünc medalları, həmçinin müxtəlif ölkələrin milli çempionatlarında titullar da qazanıb.

Qeyd edək ki, Daniel Mişiç 2024-cü ildə Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Serbiya millisinin fiziki hazırlıq üzrə məşqçisi kimi iştirak edib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər