Türkiyə və Yunanıstanın baş kəşfiyyatçıları Afinada görüşüblər
Far.Az xəbər saytı

Türkiyə və Yunanıstanın baş kəşfiyyatçıları Afinada görüşüblər


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Yunanıstanın paytaxtı Afinada bu ölkənin Milli Kəşfiyyat Təşkilatının (MKT) rəhbəri Themistoklis Demiris ilə görüş keçirib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr və regional proseslər müzakirə edilib, problemlərin həlli üçün atıla biləcək addımlar qiymətləndirilib.

"İki ölkə əlaqələrinin Egey və Qərbi Aralıq dənizi, NATO təhlükəsizliyi, kəşfiyyat əməkdaşlığı, terrorizm, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığına qarşı mübarizə sahələrində kritik əhəmiyyət daşıdığı vurğulanan görüşdə ABŞ-İran müharibəsi, Suriyada yeni dövr, Liviyanın siyasi birliyi, Fələstin məsələsi, İsrailin Qəzza və İordan çayının qərb sahilində atdığı addımlar, Suriya və Livana qarşı hücumları müzakirə edilib", - məlumatda bildirilib.

İ. Kalın ilə T. Demiris ikitərəfli və regional məsələlərdə xidmətlər arasındakı yaxın əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər