"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "İlk oyundakı nəticə bizi arxayınlaşdırmamalıdır"
CEV Çelenc Kubokunun ilk oyununda qazanılan qələbə kişi voleybolçulardan ibarət "Ordu" klubunu arxayınlaşdırmamalıdır.
"Far.Az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Cavid Süleymanov Norveçin "Forde VBK" kollektivinə qarşı keçirilən matçdan sonra Azərbaycan Voleybol Federasiyasına açıqlamasında deyib.
Mütəxəssis səfərdə istədikləri nəticəni əldə etdiklərini bildirib:
"Uzun və yorucu yol qət etməyimizə baxmayaraq, hazırlıq prosesində gördüyümüz işlərin müsbət nəticə verəcəyinə inanırdıq. Sevindirici haldır ki, gözləntilərimiz doğruldu və qarşılaşmadan istədiyimiz nəticə ilə ayrıldıq. Komandamızda təcrübəli voleybolçuların olması oyunun gedişində özünü göstərdi. Müəyyənləşdirdiyimiz taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirdik və təcrübəmiz həlledici məqamlarda mühüm rol oynadı. "Forde VBK" gənc kollektiv olsa da, avrokuboklarda zəif rəqibin olmadığını yaxşı bilirik. Rəqib komanda da layiqli mübarizə apardı və bizə ciddi müqavimət göstərdi".
O, cavab görüşünə də ciddi hazırlaşacaqlarını söyləyib:
"Əldə etdiyimiz qələbə, şübhəsiz ki, sevindiricidir. Lakin bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bakıya qayıtdıqdan sonra komandaya birgünlük istirahət veriləcək, daha sonra məşqləri bərpa edərək cavab qarşılaşmasına hazırlığa başlayacağıq. Növbəti oyuna da eyni məsuliyyətlə yanaşacaq və uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, CEV Çelenc Kubokunda ilk oyununa çıxan "Ordu" Norveçin "Forde VBK" komandasını 3:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Ordu" CEV Çelenc Kubokunda ilk oyununda qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













