İçərişəhərdə tarixi binada TƏHLÜKƏ - Mənzili su basır, elektrik naqilləri islanır
Far.Az xəbər saytı

İçərişəhərdə tarixi binada TƏHLÜKƏ - Mənzili su basır, elektrik naqilləri islanır


Bakıda, Neftçilər prospekti 87 ünvanında yerləşən tarixi yaşayış binasının sakini ciddi problemlə üzləşib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hər yağışdan sonra yuxarı mərtəbədəki açıq eyvandan gələn su onların mənzilinə dolur. Nəticədə tavan zədələnir, divarlarda kif yaranır, elektrik naqilləri isə islanır.

Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qurumdan Far.Az-ə bildirildi ki, Neftçilər prospekti 87 ünvanında yerləşən tarixi yaşayış binasında yaranmış sızıntı məsələsi də İdarənin diqqətindədir. Artıq yerində texniki baxış keçirilib, problemin səbəbləri araşdırılır. Nəticələrə uyğun olaraq müvafiq tədbirlər müəyyən ediləcək.

Bundan başqa qeyd olunub ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas prioritetlərindən biri tarixi yaşayış fondunun qorunması, bərpası və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə tarixi binaların dam örtüklərinin, fasadlarının və balkonlarının yenilənməsi üzrə sistemli işlər həyata keçirilir:

"Təkcə cari il ərzində 6 tarixi binanın ümumilikdə 1170 kvadratmetr dam örtüyü suötürücü sistemləri ilə birlikdə tamamilə yenilənib. Eyni zamanda, 213 balkonda təmir-bərpa işləri aparılıb, tarixi mühitə uyğun olmayan plastik konstruksiyalar taxta materiallarla əvəz edilib.

Görülən işlər həm tarixi memarlıq irsinin qorunmasına, həm də sakinlərin təhlükəsizliyinin və rahatlığının artırılmasına xidmət edir. Bununla belə, yenilənmiş dam örtükləri ümumi dam fondunun hələlik təxminən 1 faizini təşkil edir. İdarə əlavə maliyyə mənbələri və tərəfdaşlar cəlb etməklə bu işlərin miqyasını genişləndirməyi hədəfləyir".

"Məqsədimiz İçərişəhərin tarixi simasını qorumaqla yanaşı, onu sakinlər üçün daha təhlükəsiz, rahat və yaşamaq üçün əlverişli məkana çevirməkdir", - deyə məlumatda vurğulanıb.

Banu Hüseynli

Oxşar xəbərlər

Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər