Sibiqa: Müharibənin bir günü Ukraynaya 450 milyon dollara başa gəlir
Rusiya-Ukrayna münaqişəsi Ukraynaya gündə 450 milyon dollara başa gəlir.
"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Qazaxıstanın "Ulysmedia.kz" nəşrinə müsahibəsində bildirib.
"Müharibənin bir günü bizə 450 milyon dollara başa gəlir", - nazir deyib.
Onun sözlərinə görə, hazırda Kiyev və Moskva arasındakı sülh prosesində heç bir dinamika yoxdur.
"Biz sülh prosesində dinamikaya malik deyilik, bu müharibəni bitirə bilmirik. Ukrayna hazırdır və biz sülh səylərinə sadiqik. Biz bunu bütün beynəlxalq platformalarda dəfələrlə demişik. Biz atəşkəsə, qeyd-şərtsiz atəşkəsə hazırıq", - Sibiqa deyib.
XİN başçısı həmçinin qeyd edib ki, Kiyev prezidentlər səviyyəsində görüşə hazırdır.
"Biz istənilən qarşılıqlı fəaliyyət formatına hazırıq. Hesab edirik ki, bu müharibəni dayandırmaq üçün məhz diplomatiya indi yeni güc, yeni dinamika qazanmalıdır. Biz hazırıq, bunu bəyan edir və təklif edirik", - o qeyd edib.
Onun sözlərinə görə, Kiyev heç vaxt Ukraynanın ərazi bütövlüyü bahasına olan heç bir təklifi qəbul etməyəcək: "Bu, istisnadır".
Nazir həmçinin vurğulayıb ki, yaxın vaxtlarda ABŞ Prezidentinin xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir.
"Biz Amerika danışıqlar qrupu nümayəndələrinin gəlişini gözləyirik. Biz onlardan ideya, yeni ideyalar, təkliflər paketi almışıq, Ukrayna onlarla bu layihə üzərində işləyir. Buna görə də görüş mütləq baş tutacaq. Cənab Donald Tramp və ABŞ tərəfi bu gün sülh səylərimizdə əsas diplomatik xətt kimi çıxış edir. Lakin biz indi Avropanın yeni rolu barədə də danışırıq. Avropalı müttəfiqlərimizin rolu bizim üçün vacibdir. Bunlar alternativ deyil, bir-birini tamamlayan xətlərdir. Ukrayna sülhə nail olmaq üçün hər bir fürsətdən istifadə edir", - Sibiqa əlavə edib.
Oxşar xəbərlər
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













