ABŞ-də Hanter Baydenin işi üzrə FTB-nin keçmiş iki yüksək vəzifəli əməkdaşı həbs edilib
Federal Təhqiqatlar Bürosunun (FTB) iki keçmiş yüksək vəzifəli əməkdaşı ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenlə bağlı təhqiqatlarla əlaqədar konqresə yalan ifadə verməkdə ittiham olunaraq həbs edilib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.
Həbslər barədə həmçinin FTB direktoru Keş Patel və Kolumbiya dairəsinin federal prokuroru Canin Pirro da məlumat paylaşıblar.
Rəsmilərin məlumatına görə, 46 yaşlı Nikki Floris və 56 yaşlı Bredli Benavides saxlanılıblar. Patel və Pirro vurğulayıblar ki, bu həbslər heç kimin qanundan üstün olmadığını göstərir.
ABŞ-nin ədliyyə naziri Todd Blanş FTB-nin keçmiş əməkdaşlarının iddia edilən hərəkətlərini dövlət institutlarından silah kimi istifadə edilməsinin nümunəsi adlandırıb.
Pirro bildirib ki, Floris və Benavides FTB-nin Hanter Baydenlə bağlı təhqiqatlarında iştirakları barədə Konqresə yalan məlumatlar veriblər.
Onlar bu təhqiqatlara və 2020-ci il prezident seçkilərindən qısa müddət əvvəl Hanter Baydenin noutbuku ilə bağlı məsələ ətrafında ictimai rəyin formalaşdırılmasına aidiyyəti olduqlarını inkar ediblər.
Prokuror həmçinin xatırladıb ki, 2020-ci ildəki şəxsi yazışmalarında Floris faktiki olaraq ABŞ-nin "kölgə hökumət"ini idarə etdiyini iddia edib.
Hanter Baydenin noutbuku ilə bağlı məsələ 2020-ci ilin payızında geniş rezonans doğurmuşdu. O zaman yayılan məlumatlara görə, cihaz Delaver ştatındakı təmir emalatxanasında qoyulmuş, onun daxilindəki materiallar isə prezident seçkiləri ərəfəsində siyasi qalmaqala səbəb olmuşdu.
Sonradan noutbukdakı materialların bir hissəsinin həqiqiliyi təsdiqlənib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













