BMT-də Azərbaycanın əlilliklə bağlı dövlət siyasətindən bəhs olunub
Azərbaycanda əlilliklə bağlı dövlət siyasəti inklüzivlik, inteqrasiya, bərabərlik, ayrı-seçkiliyin yol verilməzliyi və əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət prinsiplərinə əsaslanır.
"Far.Az" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsində Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin sədri və əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.
Diplomat qeyd edib ki, əlilliyi olan şəxslərin cəmiyyətdə digərləri ilə bərabər əsaslarda tam və səmərəli iştirakının təmin edilməsi dövlətlər və beynəlxalq ictimaiyyət üçün başlıca məqsəd olmalıdır.
O bildirib ki, Azərbaycanda son illərdə həyata keçirilən islahatlar nəticəsində qanunvericilik aktlarından mənfi çalar daşıyan ifadələr çıxarılıb, rəqəmsal transformasiya vasitəsilə əlilliyin idarə edilməsi müasirləşdirilib və işarət dili rəsmən tanınıb.
Ş. Hacıyev minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular nəticəsində, o cümlədən münaqişədən sonrakı şəraitlərdə yeni yaranan əlillik hallarının sayının artdığını diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin 13 faizindən çoxunun işğal dövründə basdırılmış partlamamış hərbi sursatlarla çirkləndirildiyini və bunun geri qayıdan əhali üçün ciddi risk yaratdığını vurğulayıb.
Son olaraq Azərbaycanın əlilliyin qarşısının alınması, abilitasiya və reabilitasiyanın təmin edilməsi, habelə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması məqsədilə tədbirlər görməyə davam edəcəyi qeyd olunub.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













