Premyer Liqa: Bu gün ölkə çempionu "Sabah" "Zirə" ilə qarşılaşır
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, əvvəlcə son ölkə çempionu "Sabah" Premyer Liqanın hazırkı lideri "Zirə" ilə qarşılaşacaq.
Cari mövsüm məğlub olmayan komandaların dueli "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə "Neftçi" debütant "Şəfa"nı sınağa çəkəcək. Hər iki kollektiv ötən tur minimal hesablı məğlubiyyətin acısını yaşayıblar.
Saat 20:30-da başlayacaq duel "Palms Sports Arena"da təşkil olunacaq.
Bu gün meydana çıxacaq komandalardan "Zirə" 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xalı olan "Neftçi" ikinci, eyni xala malik "Sabah" dördüncüdür. "Şəfa" isə 3 xalla doqquzuncu sırada qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IV tur
5 sentyabr
18:30. "Sabah" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
"Bank Respublika Arena"
20:30. "Neftçi" – "Şəfa"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
"Palms Sports Arena"
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













