"TikTok"da tanış olduğu qadını işə düzəltmək adı ilə aldatdı
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Far.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
İttiham aktına görə, Zamiq Dadaşov 2023-cü ilin sentyabr ayında "TikTok" sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş G.Şirinovaya Bakı Şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib.
O, bu məqsədlə 2023-cü illərdə müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində qadının ümumilikdə 8250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Far.AzOxşar xəbərlər
Dostlarına zəng edib davaya çağırdı: Həbs edildi
Tanışının 62 500 manatını mənimsəyən şəxslə bağlı məhkəm QƏRARI
Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Bürclər üçün SENTYABR PROQNOZU - Sevgi, pul, karyera...
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













