"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib - Yenilənib
Far.Az xəbər saytı

"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib - Yenilənib


UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) – "Hapoel" (İsrail) qarşılaşması bərpa olunub.

"Far.Az" xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra bərpa edilib.

Görüş tribunada baş verən hadisələrə görə dayandırılmışdı. Qarşılaşma qaldığı yerdən - 25-ci dəqiqədən etibarən davam edir və hesab açılmayıb.

UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb.

"Far.Az" xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.

İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.

Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Qarşılaşmanın taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Beşiktaş" – "Hapoel" matçı tribunada baş verən hadisələr səbəbindən dayandırılıb
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər