Şeynbaum Meksika sahilindəki raket qalıqlarına görə "SpaceX"i sanksiyalarla hədələyib
Far.Az xəbər saytı

Şeynbaum Meksika sahilindəki raket qalıqlarına görə "SpaceX"i sanksiyalarla hədələyib


Meksika hakimiyyəti Tamaulipas ştatının sahilində "SpaceX" raketlərinin qalıqlarının vurduğu ekoloji zərərin araşdırmasına başlayıb.

"Report"un "Cinco" radiostansiyasına istinadən xəbərinə görə, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib.

O vurğulayıb ki, araşdırmanın nəticələrinə əsasən, Amerika şirkətinə qarşı sanksiyalar tətbiq oluna bilər.

Onun sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi Federal Prokurorluğu Mühafizə Olunan Təbiət Əraziləri üzrə Milli Komissiya və ölkənin Hərbi Dəniz Qüvvələri ilə birgə qalıqların axtarışına və toplanmasına başlayıb. Noyabrın 20-nə qədər 5,9 kq qalıq toplamaq mümkün olub, lakin zərər dəymiş əraziyə nəzarət davam edir.

Hadisə noyabrın 13-də Meksika sərhədi yaxınlığında, Teksasdakı "Starbase" platformasından "Starship" gəmisinin buraxılışından sonra baş verib. Sürətləndiricinin partlamasından sonra dalğalar qalıqları Matamorosdakı çimərliyə vurmağa başlayıb.

Şeynbaum vurğulayıb ki, bu məsələ dövlətlərarası səviyyədə həll edilməlidir, çünki buraxılışlar Meksika və ABŞ-nin hava məkanına toxunur. Onun sözlərinə görə, Meksika tərəfi iki ölkənin aerokosmik idarələri arasında danışıqların təşkil edilməsi təklifi ilə artıq Amerika səfirliyinə müraciət edib.

Bundan başqa, Meksika hökuməti buraxılış meydançasının köçürülməsi imkanını nəzərdən keçirəcək. Bu, "SpaceX" şirkətinin buraxılışların sayını ildə 400-ə çatdırmaq planları ilə əlaqədardır. Mexiko belə əməliyyatların dövriliyini və miqyasını tənzimləyən dəqiq qaydaların müəyyən olunmasında təkid edir.

"Əgər ekoloji fəsadlar aşkar edilərsə, müvafiq şikayətlər veriləcək", - Şeynbaum bildirib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər