Göygöldə Aqrar Biznes Festivalı və III Moruq festivalı başlayıb
Far.Az xəbər saytı

Göygöldə Aqrar Biznes Festivalı və III Moruq festivalı başlayıb


Göygöl rayonunda Aqrar Biznes Festivalı və III Moruq festivalı təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Keşkü kəndində keçirilən və iki gün davam edəcək bu tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi (KTN), və Dövlət Turizm Agentliyinin dəstəyi ilə baş tutub.

Festival çərçivəsində ziyarətçilərə Göygölün əlverişli iqlimində becərilən müxtəlif növ təzə moruq sortları, o cümlədən fermerlərin üstünlük verdiyi məhsuldar "Polka" və "Polyana" sortları təqdim olunub. Qonaqlar təkcə bu faydalı giləmeyvənin dequstasiyası və satışı ilə deyil, həm də yerli istehsalçıların əl işləri və müxtəlif kənd təsərrüfatı məhsulları ilə tanış olmaq imkanı qazanıblar.

Festival çərçivəsində həmçinin "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə təşkil olunub.

Tədbirin proqramına zəngin musiqi nömrələri, konsertlər, DJ çıxışları və açıq havada film nümayişləri də daxildir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər