Mahir Məmmədov: "Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb"
Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Quba Open 2026 - II Beynəlxalq Şahmat Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günlərdə Azərbaycanın üç şahmatçısı beynəlxalq usta və qrossmeyster normalarını yerinə yetiriblər:
"Azərbaycan Şahmat Federasiyasının "Azərbaycan Şahmat Turu" layihəsinin növbəti mərhələsi başlayıb. Bu çərçivədə Quba Open 2026 - II Beynəlxalq Şahmat Festivalına start verilib. Festival mərhum beynəlxalq hakimimiz Qüdrət İsmayılovun xatirəsinə həsr olunub. Biz Azərbaycan şahmat məktəbinin inkişafına və şahmatçılarımızın uğurlarına çox sevinirik. Geridə qalan müddət ərzində şahmatçılarımız həm reytinqlərini, həm də titullarını artırıblar. Bu günlərdə şahmatçılarmız Paşam Əlizadə beynəlxalq usta, Xəzər Babazadə və Xaqan Əhməd isə qrossmeyster normasına yerinə yetiriblər. Ümidvaram ki, Özbəkistanda keçiriləcək Dünya Şahmat Olimpiadası Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq".
Qeyd edək ki, turnirdə 11 ölkəni təmsil edən 300-dən artıq iştirakçı mübarizə aparır.
Oxşar xəbərlər
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir













