"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
Far.Az xəbər saytı

"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib


3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.

Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib.

Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.

Bununla da "Neftçi SOCAR" növbətio mərhələyə vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.

*** 15:45

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.

Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Niderlanda 12:22 hesabı ilə uduzub.

Komanda bu gün Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.

"Neftçi SOCAR" günün son görüşündə, saat 16:55-də Almaniya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.

*** 13:35

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində qarşılaşdığı Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.

Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər