Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub
2026-cı ilin ilk 8 ayında Azərbaycanda elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat qənaət əldə olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının rəhbərinin müavini Orxan Məmmədov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, hesabat dövründə elektron dövlət satınalmaları üzrə ümumi qənaət göstəricisi 14,14% təşkil edib.
O. Məmmədov qeyd edib ki, bu göstərici elektron satınalmalar nəticəsində təsdiqlənmiş qiymətlərlə ehtimal olunan qiymətlər arasındakı fərqin ehtimal olunan qiymətlərə nisbəti əsasında hesablanır.
Agentlik rəsmisi bildirib ki, 2026-cı ilin yanvar–avqust aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3%, məbləği isə 12,5% artıb.
Həmin dövrdə baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 təşkil edib.
O. Məmmədovun sözlərinə görə, elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, satınalma proseslərinin əlçatanlığının artdığını və rəqabət imkanlarının genişləndiyini göstərir.
O, həmçinin bildirib ki, elektron satınalma sənədlərinin imzalanması üçün mövcud vasitələrlə yanaşı, artıq "SİMA İmza"dan da istifadə etmək mümkündür. Bu yenilik sahibkarlar üçün əlçatanlığı artırır və elektron imza vasitələri arasında seçim imkanlarını genişləndirir.
Agentlik rəsmisi əlavə edib ki, dövlət satınalmalarında rəqabət mexanizmlərinin gücləndirilməsi, qiymətlərin optimallaşdırılması və dövlət maliyyə resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir.
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər













