SEPAH Hörmüz boğazında ABŞ-yə aid katerə hücum edib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə aid uzaqdan idarə olunan katerə hücum edib.
"Far.Az" xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının mühafizə olunan bölgəsinə girmək niyyətində olan Amerika ordusuna məxsus katerə hücum edib", -məlumatda qeyd olunub.
SEPAH bundan sonra da ABŞ-nin hücumlarına qətiyyətli cavab veriləcəyini vurğulayıb: "Hörmüz boğazı SEPAH-ın idarəçiliyi altındadır və düşmənin hər bir hərəkətinə qəti cavab veriləcək. Amerika bilməlidir ki, bölgəni tərk etməkdən başqa çarəsi yoxdur".
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın üç tankerinə hücum edib və bunu SEPAH-ın regionda Amerika gəmilərinə zərbə endirmək cəhdi ilə əlaqələndirib. Buna cavab olaraq SEPAH Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç ABŞ gəmisi və üç neft tankerinə hücumlar həyata keçirildiyini açıqlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













