FIFA İnfantinonun 2027-ci il seçkilərində iştirakını təsdiqləyib
Beynəlxalq Futbol Federasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ilin mart seçkilərində yenidən namizədliyini irəli sürəcək.
"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Rob Harris təşkilatdakı mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"FIFA prezidenti apreldə 2027-ci ildə yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə, heç nə dəyişməyib. İnfantino yenidən namizəd olacaq", - o bildirib.
Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA rəhbəri seçilmişdi. Daha sonra o sözügedən vəzifəyə daha iki dəfə seçilib.
İyul ayında məlum olub ki, İnfantino FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət etməli olan "FIFA Forward Enterprise" şirkətini yaratmaq təşəbbüsü ilə çıxış edib. Təşkilatdan bildirirdilər ki, bu sxem 4,2 milyard dollar cəlb edə və FIFA-ya üzv olan assosiasiyaların gəlirlərini artıra bilər.
Təşəbbüs geniş tənqidlə qarşılanıb. Xüsusən də UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (KONKAKAF), Asiya Futbol Konfederasiyası və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) onu rədd edib. Daha sonra Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar bu təşəbbüsü dəstəkləyib.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













