İspaniyada dəmiryol qəzasında ölənlərin sayı 68 nəfərə çatıb - Yenilənib-4
İspaniyada dəmiryol qəzası nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Kastiliya-La-Mança hökumətinin rəhbəri Emiliano Qarsiya-Paxe bildirib.
Onun sözlərinə görə, 15-ə yaxın şəxs ağır və ya kritik xəsarətlər alıb, daha 53 nəfər isə orta ağır dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ən azı 64 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hakimiyyət orqanlarına istinadən "Diario" məlumat yayıb.
İlkin araşdırma insan faktoruna işarə edir - dispetçer mərkəzindəki operator, ola bilsin, "Renfe" qatarının maşinistinə hərəkəti davam etdirməyə icazə verib, baxmayaraq ki, qırmızı siqnal yandığı üçün "Iryo" qatarı yolu bağlamışdı. Nəticədə bu, hərəkətsiz qalan "Iryo" qatarı ilə toqquşmaya səbəb olub.
Eyni zamanda bildirilib ki, 30 nəfər yüngül, 50 nəfər isə ağır xəsarətlər alıb.
Daha əvvəl bildirilirdi ki, 179 nəfər yaralanıb.
İspaniyada iki qatarın toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan xəsarət alıb.
"Report" İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança əyalətinin Mülki Qvardiyasından bildirilib.
Bildirilib ki, qatarlardan birində 147, digərində isə 397 nəfər olub.
İspaniyada qatarların toqquşması nəticəsində ən azı 39 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Antenne3" telekanalı məlumat yayıb.
Bununla yanaşı, bildirilib ki, ən azı dörd vaqon aşıb.
Toledoda (İspaniya) Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.
"Report" EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.
Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda Madrid, Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.
Bildirilib ki, xəsarət alanların sayı çoxdur.
Qeyd edilib ki, vaqonlardan ikisi relsdən çıxıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













