Kuşner: Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı gələcək razılaşmalar yeni müharibənin qarşısını almalı və Ukraynaya müharibə zamanı nümayiş etdirilən güc və ixtiraçılığı ölkənin inkişafına yönəltmək imkanı verməlidir.
"Report"un UNIAN-a istinadən məlumatına görə, ABŞ Prezidenti Donald Trampın nümayəndəsi və kürəkəni Cared Kuşner bunu Kiyevdə keçirilən danışıqların ilk mərhələsinin yekunlarına əsasən bildirib.
"Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir", - o qeyd edib.
Eyni zamanda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov danışığı çox məzmunlu adlandırıb.
"Biz ruhlanırıq və işimizi nə qədər lazımdırsa davam etdirməyə hazırıq", - o, əmin edib.
Qeyd edək ki, sentyabrın 6-da S.Uitkov və C.Kuşner Ukrayna hakimiyyəti ilə danışıqlar aparmaq üçün Kiyevə gəliblər. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yanaşı, Prezident Administrasiyasının rəhbəri Kiril Budanov; Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Ali Radada "Xalqın qulluqçusu" fraksiyasının sədri David Araxamiya iştirak ediblər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb













