Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb
Far.Az xəbər saytı

Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb


Yunanıstan polisi 100 milyon avro məbləğində vergi fırıldaqçılığında əli olmaqda şübhəli bilinən "Choriatiko" çörəkxana şəbəkəsinin sahibi Angelos Yannakopulosu və 50-yə yaxın şəxsi saxlayıb.

"Report" "Kathimerini" qəzetinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvarında başlanmış istintaq vergidən yayınmaq məqsədilə saxta əqdlərin həyata keçirildiyi ehtimal edilən 200-ə yaxın çörəkxananı əhatə edir.

Yannakopulos Dubaydan Yunanıstana qayıtdıqdan sonra saxlanılıb.

Nəşrin məlumatına görə, biznesmen əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib. 2010-cu ildə o, əsasən, Ukrayna, Moldova və digər Şərqi Avropa ölkələrindən qadınların fahişəliyə məcbur edilmək məqsədilə ölkəyə qanunsuz yolla keçirilməsini təşkil etmək ittihamı ilə həbs olunub.

2015-ci ildə birinci instansiya məhkəməsi Yannakopulosu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə daha 15 nəfər məhkum olunub.

Sonradan biznesmen bir neçə yüz min avro məbləğində girov müqabilində sərbəst buraxılıb.

Apellyasiya məhkəməsi təyin edilmiş cəzaları yüngülləşdirib və ittihamların bir hissəsini ləğv edib ki, bu da həmin iş üzrə məhkum olunanların azadlıqda qalmasına imkan verib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər