Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB


Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə "İzvestiya" mənbələrə istinadən məlumat yayıb.

"Kabardin-Balkar Respublikasında verən qar uçqunu nəticəsində 7 nəfər ölüb", - nəşrin həmsöhbəti qeyd edib.

Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində azı iki nəfər ölüb, 10 nəfər itkin düşüb.

"Far.Az"un xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xilasedicilər hadisə yerindən üç zərərçəkəni təxliyə ediblər, onlar helikopterlə Nalçikə aparılıb və orada Fəlakət Tibbi Mərkəzinin əməkdaşlarına təhvil verilib.

Ölənlərin meyitinin sabah təxliyə edilməsi planlaşdırılır.

Qeyd edək ki, Mijirqinin yamacında qar uçqunu olub və 15 alpinisti əhatə edib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Kabardin-Balkarda qar uçqunu nəticəsində iki alpinist ölüb, 10 nəfər itkin düşüb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər