Jorjinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Niderlandlı yarımmüdafiəçi Jorjinyo Veynaldum "Əl-İttihad" klubuna keçməyə yaxındır.
"Report"un məlumatına görə, bu barədə məlumatı insayder Ben Ceykobs "X" sosial şəbəkəsində paylaşıb.
Onun sözlərinə görə, 35 yaşlı futbolçu transferi yekunlaşdırmadan əvvəl artıq tibbi müayinədən keçir. Tərəflər "1+1" formulu üzrə müqavilə barədə razılığa gəliblər. Transfer azad agent qaydaları ilə olacaq.
"Çelsi" əvvəllər Veynaldumla maraqlandığını bildirib, lakin London klubu sonda futbolçunu transfer etmək fikrindən daşınıb.
Yarımmüdafiəçinin son klubu bu yay ayrıldığı Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandası olub. O, karyerası ərzində həmçinin "Feyenoord", PSV, "Nyukasl", "Liverpul", PSJ və "Roma"da da oynayıb. "Liverpul"un heyətində İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













