Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçilərin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə "Report"a AzVİF-dən məlumat verilib.
Müşavirəni giriş sözü ilə açan AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov ölkədə velosiped idmanının inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, idmançıların hazırlıq prosesinə sistemli və peşəkar yanaşmanın, məşq proqramlarının müasir tələblər əsasında qurulmasının, hər bir idmançının fərdi potensialının aşkarlanaraq düzgün qiymətləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə uşaq və yeniyetmələr arasında seleksiya işinin gücləndirilməsi, məşqçilər arasında təcrübə mübadiləsinin artırılması və idmançıların inkişaf dinamikasının mütəmadi təhlil olunmasının zəruriliyi diqqətə çatdırılıb.
S.Ələkbərov Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin qarşısında qoyduğu vəzifələri və tələbləri düzgün yerinə yetirə bilməməsi səbəbindən peşəkar velosipedçilərin yetişdirilməsi sahəsində ciddi nöqsanlar olduğunu nəzərə alaraq, qurumun rəhbərliyinin dəyişdirildiyini və orada ciddi islahatlara start verildiyini bildirib. Regionlarda olan istedadlı gənclərin velosiped idmanına cəlb olunması məqsədilə 18 şəhər və rayonda velosiped bölmələrinin yaradıldığı, peşəkar və savadlı məşqçilərin bu işə cəlb olunduğu, həmin bölmələrin müvafiq yer və lazımi avadanlıqlarla təmin edildiyi qeyd olunub.
Federasiyanın baş məşqçisi Vladimir Buşanski məşqçilərlə aparılan işlərin müasir tələblər səviyyəsində qurulması və onların peşəkarlıq səviyyəsinin artırılması üçün görüləcək işlər barədə məlumat verib.
Velosiped məktəbinin baş məşqçisi Sabir Həsənov, məşqçilər Elçin Əsədov, Elçin Qasımov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov və başqaları çıxış edərək ölkədə velosiped idmanının inkişafı ilə bağlı hər cür şəraitin yaradıldığını bildiriblər. Onlar bu idmana marağı olan uşaq və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi hesabına yakın bir neçə il ərzində peşəkar velosipedçilərin hazırlanması sahəsində ciddi irəliləyişlərin əldə edilməsinin mümkünlüyünü, məşqçilərin öz üzərlərində daim çalışmaları və vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalı olduqlarını diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













