Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 2 tondan çox uyuşdurucu ələ keçirilib, 424 nəfər saxlanılıb.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 71 vilayətdə narkotik maddə satıcılarına qarşı son 10 gündə keçirilən əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddənin ələ keçirildiyini, saxlanılan 894 şübhəlidən 424-nün həbs olunduğunu açıqlayıb.
Adana, Adıyaman, Afyonkarahisar, Ağrı, Aksaray, Amasya, Ankara, Antalya, Aydın, Balıkesir, Bartın, Batman, Bayburt, Bingöl, Bitlis, Bolu, Burdur, Bursa, Çanakkale, Çankırı, Çorum, Denizli, Diyarbakır, Düzce, Edirne, Elazığ, Eskişehir, Gaziantep, Giresun, Hakkari, Hatay, Iğdır, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Muş, Nevşehir, Niğde, Ordu, Osmaniye, Rize, Sakarya, Samsun, Siirt, Sinop, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Uşak, Van, Yalova, Yozgat və Zonguldakdakı əməliyyatlara 345 qrup, 3 min 360 nəfərlik şəxsi heyət, 11 hava vasitəsi və 43 narkotik detektor iti cəlb olunub.
Əməliyyatlarda 2 ton 367 kilo 634 qram narkotik maddə ilə 4 milyon 34 min 459 narkotik həb ələ keçirilib. Narkotik maddələr arasında 1 ton 917 kilo sintetik əcza xammalı da yer alıb.
Saxlanılan 894 şübhəlidən 424-ü həbs edildiyi halda, 93-ü barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilərlə bağlı prosedurlar davam edir.
Oxşar xəbərlər
Türkiyədə bir həftədə 354,5 kq narkotik maddə aşkarlanıb, 768 nəfər saxlanılıb
Türkiyəyə ''La Nina'' gəlir - 39 bölgədə qış sərt keçəcək
Türkiyədə narkotacirlərə qarşı əməliyyat: 412 kq narkotik ələ keçirilib
Beş tondan artıq narkotik vasitə məhv edilib
Bu qonşu ölkədə əhaliyə xəbərdarlıq edildi: Çəkiniz 65 kiloqramdan aşağıdırsa...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib













