Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Far.Az xəbər saytı

Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir


Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Far.Az-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məhdudiyyət səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bildirilib ki, 114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.

Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

Məlumata əsasən, 555 və 557 nömrəli marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu təşkil ediləcək.

Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında təyin edilib.

Oxşar xəbərlər

Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər