Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Azərbaycan İlahiyyat İnstitunda olublar
Azərbaycan İlahiyyat İnstitunda Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə "Zəfərin yolu: Qələbənin izi ilə" adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə İnstitun rektoru Aqil Şirinov qonaqlara təhsil ocağı haqqında məlumat verib.
Onun sözlərinə görə, institut tələbələri və məzunları Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasında və təbliğində peşəkar fəaliyyət göstərməyə çalışırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə Qarabağ Zəfərini xatırladaraq vurğulayıb ki, bu, təkcə torpaq və ərazi bütövlüyü məsələsi deyil, həm də dünya azərbaycanlılarının milli qürur məsələsidir:
"44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələ yaradıb. Biz bu müharibədə, 44 günlük savaşda təkcə torpaqlarımızı azad etməmişik, təkcə ərazi bütövlüyümüzü təmin etməmişik. Həm də bizim namusumuza, mənliyimizə, şərəfimizə uzanmış əli kəsib atmışıq, alnımızdakı ləkəni silmişik. Əslində, bu, yeni bir miladdır, yeni bir doğuluşdur".
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov və şəhid ailələri çıxış ediblər. Onlar din xadimlərinin səfərinin milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olacağına inandıqlarını söyləyiblər.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













