Heqset öz impiçmenti cəhdini siyasi tamaşa və sabotaj adlandırıb
Far.Az xəbər saytı

Heqset öz impiçmenti cəhdini siyasi tamaşa və sabotaj adlandırıb


ABŞ-nin müharibə naziri Pit Heqset onun impiçmenti ilə bağlı təşəbbüsü siyasi tamaşa, fars və sabotaj adlandırıb.

"Far.Az" xəbər verir ki, o, bu barədə Pentaqonda keçirilən mətbuat konfransında bildirib.

"Narazı və məğlub olmuş bir konqresmenin etməyə çalışdığı şey - nəzarət və ya məsuliyyətə cəlb etmək deyil. Bu, eqo və incikliklə diktə edilmiş siyasi tamaşadır. O, Konqresdəki son günlərindən prezidentə, ölkəyə və onu qoruyanlara zərər vermək üçün istifadə etməyə çalışır", - deyə Heqset respublikaçı konqresmen Tomas Massinin təşəbbüsünü şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, siyasi fikir ayrılıqları debatlar və ya növbəti prezident seçkiləri vasitəsilə həll edilməlidir:

"Gəlin bu qətnamənin əslində nəyə gətirib çıxardığını aydın başa düşək. O, düşmənlərimizə - İrana, kartellərə və bizi izləyən bütün rəqiblərimizə anlamağa imkan verir ki, ABŞ qanuni hərbi əməliyyatların uğurla həyata keçirilməsinə görə öz hərbi qulluqçularını və mülki rəhbərliyini cəzalandırmağa hazırdır. Bu, vətənpərvərlik deyil. Bu, təxribatdır".

P.Heqset baş verənləri ABŞ Prezidenti Donald Trampın birinci səlahiyyət müddətindəki iki impiçment cəhdi ilə müqayisə edib: "O, daha da güclü qayıtdı və Amerika xalqı onu yenidən Ağ Evə göndərdi. İndi onlar bunu üçüncü dəfə - bu dəfə onun kabinetinin üzvünə qarşı etməyə çalışırlar".

Daha əvvəl Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Massi Nümayəndələr Palatasına Heqsetə qarşı səkkiz impiçment maddəsi təqdim edib. O, ilkin olaraq oxşar qətnaməni sentyabrda təqdim edib, lakin qanunvericilərin seçkiqabağı fasiləyə vaxtından əvvəl getməsindən sonra səsvermə baş tutmamışdı. Nümayəndələr Palatası qətnaməni noyabrın 11-dən gec olmayaraq nəzərdən keçirməlidir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər