Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB
Cəlilabad rayonunda güclü külək nəticəsində ağacların yola aşması səbəbindən yaranan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, aidiyyəti qurumlar tərəfindən yola aşan ağacların götürülməsi ilə bağlı işlər həyata keçirilib.
Hazırda həmin ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilib.
Cəlilabad rayonunda güclü külək ağacları yola aşırıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonunun Göytəpə şəhəri istiqamətindən keçən hissəsində baş verib.
Belə ki, yol kənarındakı irigövdəli ağaclar güclü küləyin təsirindən yolun hərəkət hissəsinə aşıb.
Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb, külək ərazidə 30-a yaxın ağacı aşırıb.
Hazırda aşmış ağacların yoldan kənarlaşdırılması istiqamətində işlər görülür.
Bundan başqa, güclü külək yol ətrafında yerləşən bəzi istixanalara da ziyan vurub. Göytəpə şəhərində elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir.
Hazırda bölgədə güclü külək davam edir.
Oxşar xəbərlər
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı













