AMB İslam maliyyəsinə dair qanunvericilik paketinin detallarını açıqlayıb
Far.Az xəbər saytı

AMB İslam maliyyəsinə dair qanunvericilik paketinin detallarını açıqlayıb


Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı, İslam maliyyəsinin bəzi prinsiplərini özündə əks etdirən qanunvericilik paketi 3-ü aktiv, 2-si öhdəlik olmaqla beş əsas məhsulu ehtiva edir.

"Far.Az" xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən III İslam Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, sənəd artıq hökumətə təqdim olunub.

"Məqsədimiz bazar iştirakçıları üçün aydın olan qaydalar yaratmaq, hüquqi müəyyənliyi təmin etmək, standartların olması üçün müvafiq əsaslar formalaşdırmaq və istehlakçıların hüquqlarını qorumaqdır. Dayanıqlı bazar formalaşdırmaq üçün əsas amil doğru proqnozlaşdırıla bilən və şəffaf qanunvericilik mühitinin olmasıdır", - deyə AMB rəsmisi əlavə edib.

Bununla belə, onun sözlərinə görə, İslami bank sisteminin inkişafı ilə uzunmüddətli dayanıqlığa nail olmaq mümkün deyil: "Buna görə də kapital bazarı alətlərinin formalaşdırılması, sukuk və təkaful kimi məhsulların bazara çıxarılması vacibdir. Bu istiqamətlərin ümumi inkişafı iqtisadiyyata uzunmüddətli investisiyaların cəlb edilməsinə, maliyyə mənbələrinin şaxələndirilməsinə və real sektorla maliyyə sektoru arasında əlaqənin daha da gücləndirilməsinə töhfə verə bilər. Əlbəttə, bu proses mərhələli aparılmalı, bazarın hazırlıq səviyyəsi, tələbi və hüquqi imkanları nəzərə alınmalıdır".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər