Fərid Osmanov: "Əsas hədəfimiz dövlət xidmətlərini daha proaktiv etməkdir"
Azərbaycanda dövlət xidmətlərində rəqəmsallaşmanın əsas hədəfi daha "görünməz" hökumət yaratmaqdır.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026)" ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas hədəf dövlət xidmətlərini daha "görünməz" və proaktiv təqdim etməkdir:
"Xidmətləri vətəndaşlara və biznesə doğru elə yönəltmək lazımdır ki, müraciətlər, lisenziyalaşdırma, bürokratiya, kağız dövriyyəsi və digər məsələlər minimuma endirilsin. Beləliklə, hökumətin rəqəmsallaşma ilə bağlı əsas hədəfi bu fərqi minimuma endirməkdir".
O qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma gündəmində əsas məqsəd dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını 80 %-dən çox genişləndirməkdir: "Son zamanlar Azərbaycan bu sahədə bir sıra strateji sənədlər qəbul edib: "Bura rəqəmsal inkişaf konsepsiyası, AI (süni intellekt) strategiyası, rəqəmsal sürətləndirmə fəaliyyət planı və sair aiddir. Beləliklə, rəqəmsallaşma gündəmində ölkənin əsas hədəfi dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını 80 %-dən çox genişləndirməkdir. Yəni bu, növbəti üç il üçün bizim hədəfimiz və məqsədimizdir".
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol













