Azərbaycan Romada FAO-nun Balıqçılıq Komitəsinin sessiyasında iştirak edir
Far.Az xəbər saytı

Azərbaycan Romada FAO-nun Balıqçılıq Komitəsinin sessiyasında iştirak edir


Azərbaycan nümayəndə heyəti sentyabrın 7-dən 11-dək İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Balıqçılıq Komitəsinin (COFI) 37-ci sessiyasında iştirak edir.

"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sessiyada bəyan edilməyən və tənzimlənməyən balıq ovu ilə mübarizə, balıqçılıq və akvakultura sahəsində beynəlxalq sazişlərin icrası, iqlim dəyişmələrinə uyğunlaşma və onların təsirlərinin azaldılması, kiçikmiqyaslı və daxili su hövzələrində balıqçılıq və akvakulturanın ərzaq təhlükəsizliyinə töhfəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

Azərbaycan nümayəndə heyəti ölkəmizdə balıqçılıq və akvakultura sahəsində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib. Su bioresurslarının dayanıqlı idarə olunması, məsuliyyətli balıqçılığın təşviqi, qanunsuz balıq ovu ilə mübarizə və akvakulturanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Bununla yanaşı, iqlim dəyişmələrinin balıqçılıq və akvakultura sektoruna təsirlərinin azaldılması, sahənin strateji inkişaf istiqamətləri, elmi-tədqiqat potensialının gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın yanaşmaları təqdim olunub.

Sessiya çərçivəsində balıqçılıq və akvakultura sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunur.

Qeyd edək ki, 1965-ci ildə yaradılmış FAO-nun Balıqçılıq Komitəsi (COFI) təşkilatın üzv dövlətlərini balıqçılıq və akvakultura sahəsində qlobal məsələlərin müzakirəsi üçün bir araya gətirən əsas hökumətlərarası platformadır. Komitə su bioresurslarından dayanıqlı istifadə və onların mühafizəsi, balıqçılıq və akvakultura üzrə beynəlxalq siyasətin formalaşdırılması, eləcə də dövlətlər və regional balıqçılıq qurumları üçün tövsiyələrin hazırlanmasında mühüm rol oynayır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər