Azərbaycan-Əlcəzair Birgə KomissiyaSInın ilk iclası gələn ilin I yarısında olacaq - YENİLƏNİB
Azərbaycan ilə Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq məsələləri nəzərdən keçirilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan və Əlcəzair arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, dövlət başçıları səviyyəsində siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Enerji sahəsində, o cümlədən OPEC+ çərçivəsində uğurlu əməkdaşlıq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Sonatrach" arasında əlaqələr qeyd olunub.
Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və yaradılmış İşçi Qrupunun fəaliyyətinə toxunularaq karbohidrogenlərlə yanaşı, neft-kimya, elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
İkitərəfli əlaqələrin enerji sektoru ilə yanaşı, ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və ali təhsil kimi sahələri də əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, enerji üzrə İşçi Qrupunun ilk iclasının Birgə Komissiyanın iclasından əvvəl keçirilməsi razılaşdırılıb.
Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasına hazırlıq məsələləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir vurğulayıb ki, bu barədə müzakirələr Əlcəzairin dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab ilə görüşdə aparılıb.
"Karbohidrogen sektorunda və OPEC+ çərçivəsində mövcud tərəfdaşlıqla yanaşı, elektrik enerjisi, bərpa olunan enerji, eləcə də ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - deyə P. Şahbazov bildirib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













