Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Şuşada Vaqifin məqbərəsini ziyarət edib - YENİLƏNİB-5
Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, qonaqlara məqbərə barədə ətraflı məlumat verilib, bu məkanın da işğalda olduğu müddət ərzində tamamilə dağıdıldığı bildirilib.
Vurğulanıb ki, işğaldan azad edildikdən sonra Vaqifin məqbərəsi dövlət tərəfindən bərpa edilib. Qonaqlara məqbərənin işğaldan əvvəlki və işğal dövrünü əks etdirən fotoları göstərilib.
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşa şəhərinə səfər çərçivəsində Cıdır Düzünü ziyarət ediblər.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Cıdır Düzündə təbiət mənzərəsi ilə tanış olan qonaqlar 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin ərazidəki sıldırım qayaları əliyalın çıxaraq savaşın taleyini həll etmələri barədə məlumatlandırılıblar.
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara həmin məscidlərinin tarixi, fəaliyyəti barədə geniş məlumatlar verilib, bu dini məbədlərin işğal dövründəki fotoları onlara təqdim olunub.
Qeyd edilib ki, Şuşa şəhərində mövcud olan 21 məscidin bir çoxu işğal dönəmində dağıdılıb, ziyarət olunan məscidlərdə isə donuz saxlanılıb.
Azərbaycan ərazilərinin işağalı zamanı tarixi-dini abidələrin də ermənilərin vandalizm siyasətinə məruz qaldığı qonaqların diqqətinə çatdırılıb.
Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Şuşa qalasını ziyarət ediblər.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar qala divarlarının tarixi və əhəmiyyəti barədə məlumatlandırılıblar.
Qeyd edilib ki, Şuşa qalasında üç - Gəncə, İrəvan və Ağoğlan istiqamətdə qapılar mövcud olub. Qapıların hər birinin həm özünün xüsusi əhəmiyyəti olduğu qonaqların diqqətinə çatdırılıb.
Daha sonra qala divarları qarşısında xatirə şəkli çəkdirilib.
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşa şəhərində Zəfər abidəsini ziyarət ediblər.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar Zəfər meydanında Azərbaycanın dünya şöhrətli musiqiçiləri Üzeyir Hacıbəyli, Bülbül və şairə Xurşidbanu Natəvanın büstlərinin işğal dövründə güllələnməsi barədə məlumatlandırılıblar.
Daha sonra qonaqlar Natəvanın evi və onun təşəbbüsü ilə inşa edilən bulaq kompleksinə baş çəkiblər.
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutan səfər zamanı qonaqlar şəhərin gəzməli yerləri və turizm məkanlarında olacaqlar.
Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar Şuşaya səfər zamanı Güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı və Mamayı məscidləri, Cıdır düzü, Vaqif muzey-məqbərə kompleksini ziyarət edəcəklər.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub













