Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir
Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını genişləndirmək məqsədilə qatar parkını yeniləməyə davam edir.
Far.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Oktyabrın 27-də ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında dörd yeni sərnişin qatarının alınmasına dair müqavilə imzalanıb.
ADY-nin sədri Rövşən Rüstəmov bildirib ki, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişindaşımaların mərhələli şəkildə bərpası nəzərdə tutulur.
"Eyni zamanda, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı-Xankəndi marşrutu sərnişinlərin istifadəsinə veriləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, yeni qatarlar sərnişinlərə daha rahat və müasir səyahət imkanları yaradacaq. Qatarların hər biri yeddi vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğunda olan qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.
Hər bir qatar 434 oturacaqla təchiz olunacaq. Sərnişinlərə birinci, biznes və standart olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
Müqaviləyə əsasən, qatarların iki il ərzində təhvil verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
ADY yeni rayonlararası sərnişin qatarları alır
"Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verilib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













