Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB


Rusiya qoşunlarının sentyabrın 8-i gecə saatlarından etibarən Ukrayna paytaxtı Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko "Telegram" kanalında məlumat yayıb.

"Sentyabrın 8-də paytaxtda 23 nəfər xəsarət alıb, onlardan 14-ü şəhər xəstəxanalarında stasionar müalicə alır... Üç nəfərin vəziyyəti kritikdir. Ukrayna paytaxtının Solomyansk rayonunda anbar binasına mərmi düşməsi nəticəsində 2 nəfər həlak olub", - o yazıb.

Daha sonra o, Kiyevə endirilən zərbələr zamanı ölənlərin sayının 5-ə çatdığını bildirib.

Rusiya ordusu sentyabrın 8-də Ukrayna paytaxtında dərman, ərzaq və poçt anbarlarına kütləvi zərbələr endirib.

Kiyev hərbi administrasiyanın rəsmisi Yekaterina Pop "Far.Az"un Şərqi Avropa bürosuna bildirib ki, zərbələr 18 saat davam edib.

Zərbələr nəticəsində Ukraynanın populyar "Mı Ukraina " televiziyasının binası da vurulub. Zərbə səhər canlı efir zamanı olub, əməkdaşlar, aparıcı ağır yaralanıb.

"Paytaxta edilən kombinə edilmiş hücum nəticəsində iki nəfər həlak olub. Amma say irəliləyən vaxtda arta bilər. Həmçinin təxminən 20 nəfərin yaralandığı məlumdur. Onlardan səkkizi paytaxtdakı tibb müəssisələrində yerləşdirilərək hospitalizasiya olunub. İki nəfər ağır vəziyyətdədir, digərlərinə ambulator yardım göstərilib", - o deyib.

Y. Popun sözlərinə görə, təxminən 15 çoxmənzilli bina zədələnib.

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-7
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB-6
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər