Azərbaycan İtaliya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan İtaliya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı müzakirə edib


Azərbaycan İtaliyanın "Zhero" şirkətinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin inkişafında mümkün iştirakı, layihənin kommersiya modelinin formalaşdırılması, Avropada elektrik enerjisi alıcılarının cəlbi və maliyyələşdirmə imkanlarını müzakirə edib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovun şirkətin idarəedici direktoru Michele Vadora ilə görüşündə aparılıb.

Şirkət tərəfindən irimiqyaslı enerji infrastrukturu və ölkələrarası elektrik bağlantıları üzrə təcrübə, o cümlədən Şimali Afrika ilə İtaliyanı birləşdirəcək "Medlink" layihələri barədə məlumat verilib. Elektrik enerjisinin uzunmüddətli satın alınması üzrə alıcı portfelinin formalaşdırılması, Avropa bazarlarına çıxış və kabel istehsalçıları ilə əməkdaşlıq sahəsində təcrübənin "Yaşıl Enerji Dəhlizi"nə tətbiqi imkanları təqdim edilib. "Zhero"nun layihənin inkişafı üzrə tərəfdaşlıqda maraqlı olduğu bildirilib.

Müzakirələr zamanı Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusunun yaratdığı imkanlar, tədqiqat və mühəndislik işlərinə maliyyə dəstəyi mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzi Avropaya çatdırılacaq yaşıl enerjinin qonşu bazarlara, o cümlədən Almaniyanın cənub bölgələrinə tədarükü və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər