Şahin Nağıyev: Haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Far.Az xəbər saytı

Şahin Nağıyev: Haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb


"2026-cı ilin yanvar-iyul aylarında haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb".

Far.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev bildirib.

Onun sözlərinə görə, araşdırmaların 25-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub:

"Hesabat dövründə 23 iş üzrə pozuntular aradan qaldırılıb. Onlardan 18-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 5-i isə digər haqsız rəqabət halları üzrə qeydə alınıb.

Bundan başqa, pozuntusunu könüllü şəkildə aradan qaldıran 14 təsərrüfat subyekti olub".

Oxşar xəbərlər

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görüb
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilmə qaydası AÇIQLANDI
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər